Düşünmək sənəti

Gözlərimi iş alağımın pəncərəsinə çevirirəm. Bir anlıq düşüncələrim şüşənin naxışlarıa qanşır. Eyvanbarmaqlıqlannın yaratdığı tordan o tərəfdə Bolugne meşəsinin Paris səhərlərinə xas xəfif və biraz da mavitəhər dumana bürünmüş yamyaşıl dalğaları görünür. Üfüqdə təpələr yüksə­lir və Valerln dağının tünd ağaclarla bəzənmiş yamaclarındakı xəstəxana binası sərv ağaclarıyla əhatələnmiş Floransa monastrını xatırladır. Şəf­faf buludların uçuşduğu göy üzündən qaranquş dəstələri keçir. Hardasa uzaqdan təyyarə səsləri eşidilir. Təyyarə səsləri mənə müharibəni, bom bardmanları, gecəni ikiyə bölən həyəcan siqnallarını xatırladır. Daha nə ağacları görürəm nə də quşlann səsini eşidirəm. Bir mədəniyyətin çöküşü – Roma İmperiyasının sonu haqda fikirləşi­rəm. Miladın üçüncü yüzilliyində Əlcəzair sahillərində zəngin və qüdrətli bir ölkə olub, bir əsr son­ra isə viranə xarabalıqlara çevrilmiş o şəhəri dü­şünürəm.

Beləcə, təkcə kainatın həmin andakı görüntü­ləri yox, eyni zamanda keçmişdə qalan hadisələr və təxmini mümkünsüz olan gələcək də düşüncələrimin mövzusuna çevrilir. Elə bil yaddaşım uc­suz-bucaqsız bayır dünyanın zaman və məkan­dan arınaraq əks olunduğu kiçik bir dünyadır-mə­nim iç dünyam.

Filosoflar tarix boyu kainatın bu kiçildilmiş modelindən mikrokosmos və içində yaşadığımız və daima anlamağa, həm də dəyişdirməyə çalış­dığımız bu böyük dünyadan isə makrokosmos deyə bəhs ediblər. Orta əsrlərdə yaşamış filosoflar­dan biri “yaddaşın əsas funksiyası makrokosmosun əhatə etdiyi hər şeyi udmaqdan ibarətdir” – deyə yazırdı. Bunu biraz romantikləşdirsək, belə deyə bilərik ki, yaddaş hər şeyi udmağa cəhd edir və nəticədə dünya da bağçadakı şüşə kürədə əks olunan ağaclar, çiçəklər və səma kimi bir qədər şəklini dəyişmiş halda içimizdə əks olunur. Düşüncə aləmini son dərəcə qarmaqanşıq hala gəti­rən başlıca amil burda hər şeyin -dünənin, saba­hın, makro və mikrokosmosun daimi hərəkət ha­lında olmasıdır. Sözsüz ki, indiki zamana aid hər şey orda konkret görünüşə sahibdir – məsələn bu dəqiqə bu pəncərənin çölündə gördüyüm mənzə­rə, göy üzü, quşlar və s. kimi. Amma xatirə, gözlənti, mühakimə və s. kimi hər şey daima iç dünyamı­zın dalğalarında üzməkdədir. Yanılmaq, unutmaq, məlumatsızlıq və s. kimi şeylər daim yaddaşımızdakı əşyaların şəklini dəyişdirir və hər dəfə onları yeni görüntüdə, yeni şəkildə bir qədər dəyişmiş olaraq xatırlaya bilirik. Məqsədli şəkildə düşünmək istəyi bizi bir müddət gözləməyə, araşdırmalar aparmağa sövq edir. Digər tərəfdən də tezliklə hə­rəkətə keçməli olduğumuzu fikirləşirik. Məsələn, tutaq uşaqlarımızın biri getdikcə anqlayır, zəifləyir, rəngi solur. Görəsən, dərdi nədir? Xəstədirmi? Fi­ziki yoxsa ruhi problemləri var? kiminlə məsləhət­ləşmək olar? həkimə aparmaq lazımdırmı? bütün bu suallara cavab tapa bilmək üçün xeyli zaman lazımdır, onda bu vəziyyətdə neynəməliyik ? bu suallara ən qısa zamanda cavab tapmalıyıq, çünki uşaq gözümüzün qabağında əriyir. Hətta ölə də bi­lər. Ətraf dünyanı analiz edə bilmək üçün bu qədər çox vaxtımız yoxdur, bunu başa düşdüyümüz an köməyimizə iç dünyamızdakı o solğun, bulanıq mənzərələr çatır.

İnsanın simvollarla görüntüləri qarşılaşdırıb, davranışların real əşyalarda yaradacağı nəticələri təxmin etmək və hansısa qərara gələ bilmək cəh­dinə “düşünmək” deyirik. Yəni hər düşüncə bir hə­rəkət üçün bir növ “qaralama dəftəridir. Və həyatmızm tablosu bu “qaralama dəftəri”nə və onun üzərində edəcəyimiz bəzi dəyişiklərə əsasən yaradılır. Düzgün hərəkət edə bilmək üçün Paskalın da dediyi kimi, doğru düşünə bilməliyik. Bəs yaxşı doğru düşünə bilmək nədir? – bu dünyanın içimiz­də kiçik modelini bacardığımız qədər ətraf real dünya ilə üst-üstə gətirə bilmək deməkdir. Yəni mikrokosmosun qaydəları makrokosmosla uyğun gə­lərsə, xəritədə dünyanın aydın görüntüsü yaranacaq və bu vaxt qorxularımız, istəklərimiz və ümidlərimizlə asanlıqla başa çıxa biləcəyik. Bəs həqiqətən də insan düşüncələrini idarə etməklə davranışlarını tənzimləməsi, beynində kainatın düzgün mo­delini qurub, buna uyğun şəkildə hərəkət etməklə hədəfindəki limana çata bilməsi mümkündürmü? Bax, əsl məsələ, əsl sual da elə budur.

Andre Morua

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş

Close
Back to top button
Close