Eldəniz Səlimov Markdan yardım istədi

Polisi döydüyü üçün hazırda deputat toxunulmazlığının əlindən alınması müzakirəsi gedən Eldəniz Səlimovun 4 günlük susqunluqdan sonra yaydığı açıqlamavari statusunu FB reklamına qoymasını indi gördüm, sosial şəbəkədə qarşıma çıxdı.

Media, deputatlar 4 gündür səni axtara, açıqlama almaq üçün özlərini oda-közə vura, sənin mövqeyini işıqlandırmaq üçün çalışalar, telefonları bağlayıb, balıq kimi susasan və sonra da yazdığın 5-6 cümləlik açıqlamanı demək olar ki, bütün media dərhal tirajlaya, amma sən “daha çox oxunması üçün” Marka pul verəsən… Bunun özü artıq Eldəniz Səlimovun dünyagörüşünü anlamağa xeyli kömək edir.

Yaydığı açıqlamada əndazəni aşıb, polis döyməsini “yanlışlıq” adlandıran, “səhvinə” gətirib çıxaran səbəblər olduğunu bildirən deputatın bunu “çoxlu səbəblər”, “təhdid və təzyiqlərlər” ilə izah etməsinin özü də gülüncdür. Bir insan-deputat nə qədər əbləh olmalıdır ki, ona qarşı təzyiq və təhdidləri “şillə-təpiklə” həll etməyə “məcbur olduğunu” deyə bilsin. Sənə təzyiq varsa – hüquq-mühafizə orqanları yerindədir; səni təhdid edirlərsə – dövlətin bəlli qurumları var; səni “incidirlərsə”, sən axı, allah qoymasa, qanunverici orqanın təmsilçisisən, qanunlarla hərəkət elə! Yoxsa pandemiya vaxtı 00:45-də restoranda olmağındamı “təhdid və təzyiqlər” səbəbindəndir?

Yazdığı statusu adamın Dağıstan Universitetində necə təhsil almasını da aydın göstərir. Etdiyi hərəkətə görə üzrxahlığı belə başlayır: “Bu səhvimə görə ilk növbədə Möhtərəm Prezident Cənab İlham Əliyevdən…”

Cümlənin ortasında “möhtərəm” sözü də, “cənab” sözü də balaca hərflə yazılır. İlham Əliyevə bu cür yaltaqlanmaq lazım deyil, ona sədaqətli olmaq, onun prinsiplərinə sadiq olmaq, siyasi iradəsinə uyğun yaşayıb-çalışmaq lazım idi…

Hamısını Göstər

Related Articles

Back to top button
Close