Əməliyyat olunan “Sabah”ın futbolçusu 6 həftə futboldan uzaq qalacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Makkabi” (Hayfa, İsrail) ilə cavab oyununda zədələnən “Sabah”ın yarımmüdafiəçisi Ayaz Quliyev əməliyyat olunub.

Paytaxt təmsilçisinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, çiyin bağlarında qopma olan futbolçunun yerli klinikalardan birində baş tutan əməliyyatı uğurlu keçib.

A.Quliyev təxminən 6 həftə sonra məşqlərə başlayacaq.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button