Ermənistan prezidentinin vəziyyəti ağırlaşdı
Ermənistan prezidenti Armen Sarkisyanın vəziyyəti ağırlaşıb.
Bu barədə Ermənistan mətbuatına istinadən xəbər verilir.
Məlumata görə, prezidentin köməkçisi Asmik Petrisyan koronavirusa yoluxmuş Armen Sarkisyanın vəziyyətinin ciddi şəkildə pisləşdiyini bildirib.
Prezidentin səhhətində geriləmələr müşahidə edilir və hazırda həkimlərin nəzarəti altında müalicəsi davam edir. Durumu sabitləşdikdən və həkimlərin icazəsindən sonra prezident öz vəzifələrini yerinə yetirmək üçün paytaxt İrəvana qayıdacaq.