Ermənistan yezidilərinin Qarabağın işğalında iştirak etmiş lideri öldü…
Ermənistan yezidilərinin lideri Aziz Tamoyan 83 yaşında vəfat edib. Bunu “Sputnik Armeniya”ya açıqlamasında yezidi icmasından olan Ermənistan deputatı Rustam Bakoyan təsdiqləyib.
Qeyd edək ki, Aziz Tamoyan 1988-1994-cü illərdə Ermənistanda Azərbaycana qarşı təcavüzkar müharibədə iştirak etmək üçün yezidilərin təşkilatlanmasında fəal rol oynayıb. Onun yaratdığı 500 nəfərlik yezidi dəstəsi Qarabağın işğalında iştirak edib.

Son 44 günlük savaşın ilk günlərindən də A.Tamoyan Qarabağdakı separatçı-terrorçu xuntaya öz dəstəyini ifadə edib. Oktyabrın 1-də o, bir qrup yezidi ilə Xankəndinə gələrək baş separatçı-terrorçu Araik Arutyunyanla görüşüb. Bundan sonra Ermənistanda təşkil olunmuş yezidi dəstələri Qarabağa gələrək Azərbaycan ordusuna qarşı döyüşlərə qatılıb…
