Ermənistanın müharibə itkilərinin sayı artır

Noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyiti aşkar olunub.

Ermənistan mətbuatına istinadən xəbər verilir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin mətbuat xidməti bildirib.

Məlumata görə, Ermənistanın itkin düşmüş daha 537 hərbçisinin axtarışı aparılır.

Qeyd edək ki, Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.

Mənbə
Report.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close