Ermənilər Kəlbəcər yolunu bağladılar

Ermənilər Ağdərə-Kəlbəcər yolunu bağlayıblar.

Bu barədə məlumatı erməni jurnalist Qaqik Arutyunyan öz “Facebook” səhifəsində yazıb.

Erməni jurnalist yazıb ki, Ağdərədə yaşayan bir qrup erməni Ağdamdan Kəlbəcərə gedən avtomobil yolunu bağlayıblar.

Xatırladaq ki, dekabrın 12-də səhər saatlarından bir qrup qeyri-hökumət təşkilatı nümayəndəsi, media təmsilçisi və ictimai fəal Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunu bağlayıb. Aksiya iştirakçıları Azərbaycanın faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz etdiklərini söyləyərək Xocalı və Xankəndi tərəfə keçmək istəsələr də, sülhməramlı kontingent onlara imkan verməyib.

Sözügedən aksiyanın altıncı günü tamamlanmaqdadır və hazırda da davam edir.

Hamısını Göstər

Related Articles

Back to top button