Faktla bağlı araşdırmalar aparılır.

Bu gün saat 12 radələrində Ucar Rayon Polis Şöbəsinə rayonunun Təzə
Şilyan kəndi ərazisində yerləşən fərdi yaşayış evlərinin birində yanğın hadisəsinin
baş verməsi ilə bağlı məlumat daxil olub.
Daxil olan məlumatla əlaqədar polis əməkdaşları dərhal hadisə yerinə cəlb
olunublar. Bu zaman yanğının baş verdiyi evdə bir nəfər vətəndaşın köməksiz
vəziyyətdə qalması müəyyən edilib və hadisə yerinə gələn post-patrul xidməti
bölüyünün əməkdaşı, polis serjantı Səfər Səfərli həmin şəxsi xilas etmək üçün
yanğın baş verən evə daxil olub.
Polis əməkdaşının operativ müdaxiləsi nəticəsində vətəndaşın həyatı xilas
edilib və o, xidməti avtomobillə Ucar rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Evdə baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının səyi
nəticəsində söndürülüb və yaxınlıqda olan digər tikililər yanğından mühafizə
olunub.
Faktla bağlı araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button