Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional
qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin və Baş
Mühafizə İdarəsinin Salyan Regional Şöbəsinin Neftçala Rayon Bölməsinin
əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kür çayının
rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsinin sahilində aqrotexniki
qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs
saxlanılıb. Araşdırmalarla onun rayonun həmin kənd sakini, əvvəllər məhkum
olunmuş Akif Qəniyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı yaş çəkisi
50 kiloqram, hündürlüyü isə 1.3-3 metr olan 65 ədəd çətənə kolu aşkar olunaraq
götürülüb. Saxlanılan şəxs izahatında narkotiklərin kultivasiyası ilə məşğul
olduğunu etiraf edib.
Aşkar olunan faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq və
əməliyyat tədbirləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button