Fermadan oğurluq edən Astara sakini saxlanılıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan polise.az-a verilən məlumata görə, Astara rayonunun Qamışlı kəndində yerləşən fermadan ümumi dəyəri 3800 manat olan müşahidə kameraları, soyuducuya aid motor və radiatorların oğurlanması ilə bağlı Rayon Polis Şöbəsinə müraciət daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa zamanda saxlanılıb. Araşdırmalarla onun Astara rayon sakini Bəhruz Səmədov olduğu müəyyən edilib. Oğurladığı əşyalar onun saxladığı yerdən aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close