Fermadan oğurluq edən şəxslərin digər cinayət əməllərinin üstü də açılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata
görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat
tədbirləri nəticəsində rayonun Peyk kəndi ərazisində yerləşən fermaların birindən
73 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən rayonun Birinci Varlı
kənd sakinləri Famil Rzayev və Şəhriyar Əsədli saxlanılıblar.
Dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf edərək, oğurluq
yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanların bir qismini dəyərindən ucuz
qiymətə satdıqlarını bildiriblər. Heyvanların digər qismi isə polis əməkdaşları
tərəfindən maddi sübut kimi götürülüb və zərərçəkmişə geri qaytarılıb.
Bundan əlavə, polis əməkdaşları tərəfindən F.Rzayevin və Ş.Əsədlinin
ətrafında aparılan əməliyyat-istintaq hərəkətləri zamanı onların digər bir cinayət
əməllərinin üstü də açılıb. Belə ki, həmin şəxslərin cari ilin oktyabr ayının
əvvəlində rayonun Düzənlik kənd ərazisində yerləşən fərdi təsərrüfatların birindən
2 baş iribuynuzlu heyvanı oğurlayaraq zərərçəkmişə maddi ziyan vurduqları
müəyyən edilib.
Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxslər barəsində
rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam
etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button