Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi açıqlanıb

Bu gündən İsveçin paytaxtı Stokholm şəhərində Nobel həftəsi başlayır.

Nobel Komitəsinin rəsmi saytında verilən xəbərə görə, ilk olaraq Fiziologiya və ya tibb üzrə 2022-ci il Nobel mükafatı qalibinin adını açıqlanıb.

Qalibin adının açıqlanması mərasimi Karolinska İnstitutunda baş tutub.

Qalibin adını Nobel Fiziologiya və ya tibb Komitəsinin katibi Tomas Perleman açıqlayıb.

Mükafat təkamül genetikası sahəsində ixtisaslaşmış İsveç bioloqu Svante Paaboya verilib. O, mükafata “Nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə” layiq görülüb. Svante Paabo 1955-ci ildə Stokholmda anadan olub.

Hamısını Göstər

Related Articles

Back to top button