“Fransa höküməti özünü ayağından vurur”

Son zamanlar müstəqil Azərbaycan dövlətinin  suverenlik hüquqlarına, beynəlxalq aləmdə artan nüfuzuna, Azərbaycanda vətəndaşların təhlükəsizliyinin təmin olunmasına, azad  bazar iqdisadiyyatının  inkişafına, daha çox 44 günlük müharibədə qazanılan zəfərdən sonra Fransa dövləti Azərbaycana qarşı qısqanclığını gizlədə bilmir. İşğalçı tərəf kimi tanınan ermənistanın Beynəlxalq hüququn prinsiplərinə açıq – aşkar zidd hərəkətlərinə havadarlıq edir. Fransa  bölgədə işğalçılğı, seperatizmi və terrorçuluğu müdafiə edir. Ərazisində korsikalıların hüquq və azadlıqları ilə bağlı tələblərini zorakılıqla rədd edir. Vəziyyət artıq nəzarətdən çıxıb. Tarixə baxaq.

Versal müqaqviləsindən sonra  Korsika Fransanın tabeliyinə keçib və 1796-cı ildə  ölkəyə birləşib. (1764-cü ildə imzalanmış Kompyen Konvensiyası və ondan 4 il sonra Versal müqaviləsi imzalanıb) 305 mindən bir az çox əhalisi var. Korsika Aralıq dənizində bir adadır. 1970-ci ildən başlayaraq müstəqillik uğrunda tələblərini bəyan edirlər. Bu prosesdə Korsikanın milli Azadlıq Cəbhəsinin fəallığı diqqət  çəkir. Korsika 2014-cü ilə qədər öz müstəqilliklərini əldə etmək məqsədilə bir neçə dəfə Fransa dövlətinə qarşı silahlı müqavimət göstərib. 1975-ci ildən 1997-ci ili qədər Korsikada siyasi və ictimai xadimlərə,  diplomatlara, millət vəkillərinə və digər rəsmilərə qarşı  8000 sui-qəsd baş tutub. Məsuliyyət isə Korsikanın Milli Azadlıq Cəbhəsinin üzərində olduğu vurğulanır. Korsikalılar- Milli Azadlıq Cəbhəsinin  fəaliyyətini belə izah edirlər: “ Korsikalılar Fransız deyillər, onlar fərqli dilə, mədəniyyətə və ənənələrə sahibdirlər. Fransa dövləti isə Korsikanı koloniya şəklində idarə etmək istəyir.”

Korsika Fransanın ən yoxsul bölgəsidir. Əhalinin tələbi isə Beynəlxalq hüququn prinsiplərinə uyğundur. Onların istəyi və tələbi:

  • Müstəqillik verilsin və ya muxtariyyət genişlənsin; siyasi məhbuslara amnistiya elan edilsin.
  • Fransa Kontitusiyasında Korsikaya ayrıca yer verilsin. Korsika dilinin Fransız dili ilə eyni statusa malik olması imperativləşsin. (Bu çağırışa görə siyasi məhbusa çevrilən  fəalların azadlığa buraxılmasına iqtidar “yox” cavabı verib) ; Korsika adasında mülk sahibi yalnız adada yaşayanlara verilsin.

 Hazırda Fransa mediası hakimiyyəti buna görə sərt tənqid edir. “Media Part” yazır ki, Prezident Makronun məsələyə yanaşması qüsurludur: ” Əvvala , ona görə ki, millətçilərin tələbi illərdir bilinsə və hətta seçkilərdə təsdiqlənsə də, hökumət konkret həll yolu tapmaq istəmir, vaxt uzadır. Hökumət özünü ayağından vurur.” “ Le Monde”qazeti isə yazır ki, korsikalıların hüquqlarını heçə sayan hökumət başqa ölkələrdə eyni iddialı ideyalara dəstək verir!  

Maraqlısı odur ki, Fransa hakimiyyəti korsikalıları ölkəni bölməkdə ittiham edir. Amma Fransa dövləti dünyanın  bir sıra bölgələrində separatizmə dəstək verir. Parisin bir müddət əvvəl Qarabağdakı seperatçılara və terrorçulara dəstək xarakterli bəyanatlarla çıxış etməsi ikrah doğuran nümunələrdəndir. Məsələn: 2020-ci ilin 28 noyabrında Senatın erməni diasporunun və lobbisinin təsiri ilə “Dağlıq Qarabağ”  Respublikasını tanınmasının zəruriliyinə dair 145 saylı qətnamə 25 noyabrda qəbul edilib. Təbii, bu qətnamə heç bir hüquqi qüvvəsi olmayan kağız parçasından başqa bir şey deyildir, amma separitizmə açıq aşkar dəstək idi.

 Seperatizm Avropanın siyasi lokomativi adlandırılan Fransa tərəfindən dəstəklənir. Bilavasitə Makron tərəfindən havadarlıq edilən “status” məsələsi Qarabağa yox, Korsikaya son dərəcə vacibdir- “Xalqların öz müqəddəratını sərbəst təyin etmək hüququ “ Korsikada  reallaşmalıdır, Qarabağda  yox!

“Polise.az” analitik qrup

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button