Fransa səfiri Belarusdan çıxarıldı

Fransanın Belarusdakı səfiri Nikolas De Lakoste Minsk rəhbərliyinin tələbi ilə Belarusdan çıxarılıb.

De Lakoste keçən il səfir təyin edilib və etimadnaməsini Belarus xarici işlər nazirinə təqdim edib. Lakin o, Belarus Prezidenti Aleksandr Lukaşenkoya məktubun surətini təqdim etməyib.

Bunun ardınca Parislə Minsk arasında diplomatik böhran yaşanıb.

Belarus De Lakostenin ölkəni tərk etməsini istəyib. Lakoste Minskdən ayrılaraq ölkəsinə qayıdıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close