Fransadan İrana xəbərdarlıq: Sərhədi keçdiniz

İranın nüvə proqramı Avropanın təhlükəsizliyini təhdid edərsə, Fransa, Almaniya və Böyük Britaniya Tehrana qarşı sanksiyaları bərpa etməkdən çəkinməyəcək.

Teleqraf xəbər verir ki, bu barədə Fransa xarici işlər naziri Jan-Noel Barro deyib.

“İran (uranın zənginləşdirilməsi ilə bağlı) üzərinə götürdüyü öhdəliklərdən yayınaraq bütün sərhədləri keçib. İran nüvə silahı əldə etmək ərəfəsindədir”, – Barro bildirib.

Həmçinin Fransa xarici işlər naziri qeyd edib: “İranın nüvə probleminin hərbi yolla həlli yoxdur. Buna nail olmaq üçün diplomatik yol var, amma dar yoldur”.

Barro ümid edir ki, ABŞ və İran arasında məsələ ilə bağlı davam edən danışıqlar öz bəhrəsini verəcək:

“Fransa, Almaniya və Britaniya bu məsələ ilə bağlı ABŞ dövlət katibi Marko Rubio ilə sıx təmasdadır”.

 

Polise.az 

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button