Gəncədə karantin qaydalarını pozaraq çörək bişirən sex aşkarlanıb

Gəncə şəhərində sərtləşdirilmiş karantin rejimi qaydalarını pozaraq fəaliyyətini davam etdirən çörək sexi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un Qərb mərkəzinə verilən məlumata görə, şəhərin Nizami rayonu ərazisində yerləşən sexin fəaliyyəti polis əməkdaşları tərəfindən dayandırılıb.

Obyekt sahibi və işçiləri barəsində qanuna uyğun olaraq cərimə tətbiq edilib.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, həftəsonu qadağaları olan şəhərlər siyahısında Gəncə də var. 

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button