Gəncə sakinində silah-sursat aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Cinay Axtarışı İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini İlqar Bağırzadə saxlanılaraq ŞBPİ-nə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata görə, şübhəli şəxsin ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilib və oradan 1 ədəd “F1” əl qumbarası, 5 ədəd qumbara partladıcı fitil, 5 ədəd tapanca gülləsinin gilizləri aşkar edilərək götürülüb.

Hamısını Göstər

Related Articles

Back to top button