Gəncə sakinindən avtomat aşkarlanıb

Gəncə şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən qanunsuz
saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək
cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Polise.az-a
verilən məlumata görə, Baş İdarənin Cinayət Axtarışı İdarəsinin əməkdaşlarının
daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində,
qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, şəhər sakini,
əvvəllər məhkum olunmuş Eşqin Qurbanov şəhər ərazisində saxlanılaraq baş
idarəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman əlindəki torbadan 1
ədəd, atəşə yararlı, “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 1 ədəd daraq
və 28 ədəd patron aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-
nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button