Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov:

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Noyabr 25-də gündüz saatlarında Gəncə şəhər sakini Maksim
Qəhrəmanovun döş qəfəsinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə Gəncə
xəstəxanaya gətirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis
Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunub.
Polis əməkdaşlarının “isti izlər”lə keçirdikləri təxirəsalınmaz istintaq-
əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, Gəncə şəhər
sakini, əvvəllər mhkum olunmuş Çingiz Vəliyev şübhəli şəxs qismində saxlanılaraq
Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinə təqdim edilib.
Faktla bağlı araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button