Gəncədə avtoxuliqanlıq edən şəxslər saxlanılıb-Foto

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin ( ŞBPİ DYPB)
əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud
şəkildə pozan və avtoxuliqanlıq edən sürücüləri saxlayıb saxlayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional
qrupundan Polise.az-a verilən məlumata görə, araşdırmalar zamanı “VAZ” və “LADA”
markalı avtomobillərin yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını
kobud şəkildə pozması, avtoxuliqanlıq etməsi və bununla da ictimai-asayişi
nümayişkəranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması
məlum olub. Hər iki sürücü saxlanılaraq barələrində protokol tərtib olunub. “VAZ
2106” markalı avtomobilin sürücüsü məhkəmənin qərarı ilə 20 sutka müddətinə
inzibati qaydada həbs olunub.
Bundan başqa bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı
avtomobillərlə qanunla qadağan edilməsinə baxmayaraq kosntruksiya dəyişikliyi
edərək təhlükəli manevrlər etməsi də məlum olub. Həmin sürücülər də saxlanılaraq
profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb.
Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara
buraxılıb.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button