Goranboy sakinində avtomat və narkotik aşkarlanıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ramin Muradov saxlanılıb.

DİN-in mətbuat xidmətimdən  Polise.az -a bildirilib ki, üzərindən 465 qram marixuana aşkar edilən şübhəli şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun yaşadığı Dəliməmmədli şəhərində odlu silah da gizlətməsi məlum olub. Şəhər ərazisində olan körpülərdən birinin alt hissəsinə baxış keçirilən zaman oradan 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd həmin avtomata məxsus daraq və 30 ədəd 5.45 mm-lik patron aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button