Goranboyda külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan polise.az-a verilən məlumata
görə, Gornaboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Borsunlu kəndi ərazisində
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, Bakı
şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəsirov saxlanılıb. Onun üzərinə
şəxsi axtarış keçirilərkən üzərindən 540 qram narkotik maddə olan heroin və 520
qram tiryək olmaqla ümumilikdə 1 kq 60 qram narkotik vasitə aşkar edilərək
götürülüb.

Qeyd edək ki, RPŞ əməkdaşlarının bundan əvvəl keçirdikləri silsilə tədbirlər
nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib
saxlamaqda şübhəli bilinən rayon sakinləri Elşən Abdullayev və Qənbər Abbasov
saxlanılmış, onlara məxsus fermadan külli miqdarda narkotik, 198 ədəd avtomat
patronu, 2 ədəd “F1”əl qumbarası, 5 ədəd tüstü bombası və 1 ədəd avtomataq
sandıqcası aşkar edilərək götürülüb. Bununla da şöbə əməkdaşlarının son günlər
narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində ümumilikdə 13 fakt üzrə ümumilikdə 2 kq 887 qram
narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Hamısını Göstər

Related Articles

Back to top button