Göyçay rayonunda mağazada quldurluq edən şəxs tutulub

Göyçay şəhəri ərazisində yerləşən mağazaların birində quldurluq hadisəsi
baş verib. Maskalı şəxs obyektə daxil olaraq orada satıcı işləyən qadını əlindəki
bıçaqla onun həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəyi ilə
hədələyib, kassada olan 500 manat pulu ələ keçirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə,
daxil olmuş müraciət əsasında Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən
hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib. Keçirilmiş
əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş
rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib.O, ifadəsində
əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.
Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci
(quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri
istintaq hərəkətləri davam etdirilir.

Hamısını Göstər

Related Articles

Back to top button