Göyçayda patı alverçiləri saxlanılıb, birindən qumbara aşkarlanıb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı  narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi , alqı-satqısı ilə məşğul olan şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan polise.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Çayarxı kənd sakini Xəyal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən metamfetamin (“patı”) və üzərində daşıdığı sellofan torbadan 1 ədəd “F-1” əl qumbarası aşkarlanaraq götürülüb.

Keçirilən daha bir  əməliyyat –axtarış tədbirləri nəticəsində isə saxlanılan əvvəllər məhkum olunmuş Elvin Qafurovdan metamfetamin aşkarlanıb. Araşdırma zamanı bir neçə gün öncə  keçirilən əməliyyat tədbirləri ilə tutulan, üzərindən heroin və metamfetamin aşkarlanan Kamil Qəndəliyevə narkotik vasitəni satan şəxsin E.Qafurov olduğu müəyyən edilib.

Faktlarla bağlı Polis Şöbəsində araşdırma aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close