Güney azərbaycanlılar türk dilində təhsil tələbi ilə milli şüarlar səsləndiriblər – VİDEO

İranın Güney Azərbaycan bölgəsində yaşayan türklər, ana dilində təhsil tələblərini bir daha ictimai şəkildə dilə gətiriblər.

Belə ki, ötən gün Təbrizin Səhənd stadionunda baş tutan “Traktor” – “Nassaji Mazandaran” futbol matçında güneyli azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” şüarı ilə İran hökumətindən türk dilində təhsil hüququnun tanınmasını və bu istiqamətdə real addımların atılmasını tələb ediblər.

Futbol matçında səsləndirilən digər şüarlar da diqqət çəkib. “Azərbaycan qızları, göylərin ulduzları!” ifadəsi ilə milli-mədəni dəyərlərin qorunması və qadınların cəmiyyətdəki rolu vurğulanıb.

Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi çağırışlar isə bölgə əhalisinin milli kimliyinə və vətənə bağlılığının ifadəsi kimi qiymətləndirilib

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button