Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb

Gürcüstan parlamentinin binası qarşısında gərgin vəziyyət yaranıb. Parlamentin binası önündə keçirilən etiraz aksiyası zamanı polislə etirazçılar arasında insident baş verib.

Polisə.az xəbər verir ki, polis etirazçıların parlament binasına daxil olmalarına imkan verməyib.

Etirazçılara qarşı su şırnağı və gözyaşardıcı qazdan istifadə olunub, yaralananlar var.

Parlamentin binası daxilində də gərginlik var. Belə ki, müxalifətdən olan deputatlar parlamentin sədri ilə görüşməyə cəhd ediblər. Mühafizəçilər görüşə icazə verməyib və qarşıdurma yaşanıb.

Qeyd edək ki, qarşıdurma “Ağmaşenebeli strategiyası” partiyasının deputatı Paata Mandjqalidzenin bəyanatından sonra başlayıb. Belə ki, P.Mandjqaladze keçirdiyi brifinqdə müxalifətin sona qədər, o cümlədən fiziki olaraq mübarizə aparacağını deyib.

O, vətəndaşları parlamentə gəlməyə çağırıb.

Hazırda aksiya davam edir, etirazçılar mərkəzi Rustaveli prospektini bağlayıblar.

Məlumat üçün bildirək ki, narazı kütlə parlamentdə “Xarici təsir agentləri” haqqında qanun layihəsinin müzakirəsinə etiraz edir.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button