Həbs edilən və işdən çıxarılan İH başçılarından bu qədər cərimə alınacaq

“Həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından 30 milyon manat alınacaq”.

Bunu iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərdən danışarkən deyib. 

Onun sözlərinə görə, dəyişikliyə əsasən, cərimələrdən daxilolmalar 16,9 milyon manatdır: 

“Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində dövlət mülkiyyətinə keçməklə müsadirə edilmiş əmlakın satışından daxilolmalar isə 30,0 milyon manat nəzərdə tutulur:

“Yəni camaatdan 16,9 milyon AZN, həbs edilən və işdən çıxarılan icra hakimiyyəti başçılarından isə 30 milyon manat alınacaq”.

Qeyd edək ki, Maliyyə Nazirliyi Nazirlər Kabinetinə 2020-ci il büdcəsinə dəyişiklik edilməsi ilə bağlı müraciət edib.

Mənbə
qaynarinfo.az
Hamısını Göstər

Related Articles

Back to top button
Close