Həkim: “Ölkəmizdə “Delta” ştammı aşkarlanarsa, sərtləşmələrə gedilə bilər”

“Delta” ştammı Azərbaycanda aşkarlansa, Nazirlər Kabineti yanında operativ qərargah nisbətən sərtləşmələrə gedə bilər.

Bunu “ARB 24”ün “Gündəm” verilişinə açıqlamasında həkim Vüqar Cavadzadə deyib.

O bildirib ki, “Delta” ştammı ölkədə aşkarlansa, COVID-19-a qarşı aparılan profilaktik tədbirlər icra edilməlidir:

“Yay aylarıdır deyə insanlar xaricə, istirahət məkanlarına üz tuturlar. Bu da “Delta” ştammına yoluxma riskini artırır və bu ştammın ölkəmizə ayaq açmasına zəmin yaradır. Əgər ölkəmizdə o, aşkarlanarsa və gündəlik yoluxmaların sayında əhəmiyyətli dərəcədə artım olarsa, yəqin ki, operativ qərargah nisbətən sərtləşmələrə gedə bilər. Müəyyən dərəcədə məhdudiyyətlər tətbiq ediləcək. Yoluxmadakı son 3 artımdan sonra tətbiq edilən sərt karantin tədbirlərini təhlil etsək, görərik ki, azalmalar bu tədbirlərin hesabına baş verib.

Digər həssas məqam isə odur ki, sentyabrdan artıq tədris bərpa edilir. Əgər “Delta” ştammı aşkarlanarsa, bu, ənənəvi tədrisin tətbiqində məhdudiyyətlərə səbəb olacaq”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close