Hacıqabul sakinindən avtomat götürülüb.

Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitə istifadə etməkdə və qanunsuz olaraq saxlamaqda şübhəli bilinən rayon sakini Nizami İbrahimov saxlanılıb.

DİN-dən verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar olunub. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evə baxış zamanı isə oradan “AKM” markalı avtomat silahı da götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button