Hakimiyyət xəyalpərəstləri , Amerika sevdalıları, niyə susursuz”? – Yaxud satqının ağı, qarası olurmu?

Məlum məsələdir ki, Nensi Pelosinin Qafqaza səfəri onun ötən ay Tayvana mübahisəli səfərində olduğu kimi, ABŞ-da noyabrda keçiriləcək aralıq seçkiləri üçün hesablanıb. Beləliklə, Pelosi təmsil etdiyi siyasi qüvvənin dünyada insan hüquqları müdafiəçisi kimi rolunu möhkəmləndirdiyi görüntüsünü yaratmaq istəyir.

Lakin bu cür daxili siyasi mübarizəyə xidmət edən səfərlər belə yüksək rütbəli ABŞ rəsmilərinin təşrif buyurduqları regionlar üçün heç də təsirsiz ötüşmür. Xüsusilə də həmin səfərlərdə qızışdırıcı, qeyri-obyektiv və ikili standartlardan irəli gələn bəyanatlar, açıqlamalar verilirsə.

Nensi Pelosinin Ermənistan səfəri bir yandan Nikol Paşinyana dəstək xarakteri daşıyırsa, digər yandan da ABŞ-ın regionda dominantlıq iddialarının göstəricisi sayıla bilər. Onun Azərbaycanın ünvanına səsləndirdiyi ittihamlar isə onu göstərir ki, Pelosinin tutduğu yüksək vəzifə onun ermənipərəstlik səviyyəsinə ciddi təsir göstərməyib. Haansı ki, Pelosi səviyyəli ABŞ rəsmiləri əsllində, 30 il Azərbaycanın beynəlxalq hüquqla tanınmış torpaqlarının işğalına göz yuman, keçmiş Minsk Qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin həlli üçün heç bir əməli iş görməyən, vaxtı və münaqişəni uzadan, nəhayət, bu müddət ərzində Ermənistan kimi işğalçı ölkəyə hər cür maliyyə və siyasi dəstək göstərən və bununla da dünya siyasətində ikili standartlar prinsipinin növbəti nümunəsini nümayiş etdirən bir ölkənin təmsilçisi kimi, bu gün Azərbaycanı guya Ermənistana qarşı işğalçılıqda günahlandırmaqdansa, sussalar, daha düzgün olar…

Pelosinin Ermənistan səfəri həm də Azərbaycandakı və ondan kənardakı bəzi siyasi qüvvələr üçün sınaq xarakteri daşıyır. Söhbət ABŞ və Qər kəşfiyyatlarına bağlı fəallardan, blogerlərdən və s. tutmuş, Qərbyönümlü siyasi partiyalara qədər bütün siyasi spektrdən gedir. 

İndi onların danışması, “demokratiyanın beşiyi”ndən gəlmiş xanım Pelosinin səsləndirdiyi qərəzli ermənipərəst açıqlamalara, onun Azərbaycana qarşı “Ermənistan bizim üçün vacibdir və Konqres adından Azərbaycanın Ermənistana ölümcül hücumlarını, Ermənistan ərazisinə hücumlarını qətiyyətlə pisləyirik” kimi fikirlərinə münasibət bildirməsi lazımdır. Göstərsinlər, nə dərəcədə vətənpərvər, demokrat və obyektivdirlər.

Xanım Pelosi faktiki olaraq, dünən də, bu gün də ABŞ-ın bu məsələdə tərəfkeşlik etdiyini, regionda beynəlxalq hüququ, ədaləti və s. erməni lobbisinin maraqlarına qurban verdiyini nümayiş etdirir. Və bütün bunlar yenə də “demokratiya”, “insan haqları” kimi şüarlar, tezislər altında həyata keçirilir. Lakin Azərbaycanın 1 milyona yaxın vətəndaşı doğma torpaqlarından didərgin salınanda, 30 il ərzində torpaqları işğal və talan ediləndə, dinc əhali qətlə yetiriləndə bu “demokratiya”, “insan haqları”, eləcə də sərhədlərin toxunulmazlığı kimi prinsip və tezislər yada düşmürdü. 

Hansı ki, ABŞ kimi super dövlət vaxtında bu işğalçlılıq faktına, hərbi cinayətlərə, qətliamlara, beynəlxalq hüququn çeynənməsinə adekvat qiymət versəydi, münaqişə bu qədər uzanmazdı… 

Qeyd edək ki, Azərbaycan siyasətində, mediada, QHT-lərdə və s. ABŞ-a, Qərbə “ləbbeyk” deyib, onların ətəyindən bərk-bərk yapışanlar, hətta onlardan maliyyələşənlər kifayət qədər çoxdur. 

Ancaq unutmaq lazım deyil ki, cəmiyyət, xalq və dövlət olaraq, bizim üçün “rusbaş”, “iranbaş” və s. nə qədər yad və təhlükəlidirsə, beyni və ürəyi Vaşinqton, Paris, Amsterdam və s. vaxtı ilə işləyənlər, Qərbdəki qaranlıq məkəzlərin xidmətində duranlar və milli maraqları bu yolda qurban verməyə hazır olanlar da eyni dərəcədə yad və təhlükəlidir.

Düşünmək lazım deyil ki, Rusiya və İranın olduğu kimi, Qərb kəşfiyyatlarının da Azərbaycanda şəbəkələri yoxdur. Var və kifayət qədər də güclüdür. Özü də bu adamlar bəzən həyasızlıq dərəcəsinə görə Rusiyaya və İrana işləyənləri də xeyli üstələyirlər. İndi sözügedən çevrənin susması və Pelosinin anti-Azərbaycan fikirlərinə, bəyanatlarına adekvat münasibət bildirməməsi kimin kim olduğunu bir daha üzə çıxaracaq, necə ki, çıxarır da.

Türkiyədə 1980-ci ildə baş vermiş hərbi çevriliş zamanı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyə üzrə “kuratoru” Paul Henze demişdi ki, “bizim cocuklar işi bitirdi”. İndi Azərbaycanda Moskvanın, Tehranın olduğu kimi, ABŞ-ın, Qərbin də “cocukları” var və belələri üçün heç də Azərbaycanın maraqları birinci yerdə durmur. Həmin mərkzələrdən Azərbaycanın ünvanına, onun maraqlarına qarşı bəyanat və fikirlər səslənərkən bu “cocuklar”ın susqunluq nümayiş etdirməsi isə onların kim olduqlarını və kimlərə xidmət etdiklərini açıq şəkildə ortaya qoyur.

Ancaq belələri unutmasınlar ki, Azərbaycanın maraqlarından öndə heç bir digər maraq ola bilməz. Ona qarşı gedənlərin isə haraya – şimala, cənuba, qərbə və s. xidmət etməsinin fərqi yoxdur. Yəni satqının, xaininin ağı, qarası olmur və onların cəzası da eyni olmalıdır…

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button