Hande Harmancıdan xəbərdarlıq: “Belə davam edərsə…”
Əgər özümüzə diqqət etməsək, səhiyyə sistemi bu yükü qaldıra bilməyəcək.
Bu fikirləri Gəncə şəhərində səfərdə olan Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.
Onun sözlərinə görə, ən birinci vasitə gigiyenik qaydalara əməl etməklə qorunmaqdır:
“Azərbaycanda koronavirusa yoluxma sayı artır. Hər kəsin olduqca diqqət etməsi lazımdır. Artım bu şəkildə davam edərsə səhiyyə sistemi bu yükün altından çıxa bilməyəcək. Dünya səhiyyə sistemi belə artan xəstələrin yükünü qaldırmaqda çətinlik çəkir. Hər kəsin özünü qoruması lazmdır. Xüsusən qış aylarında bütün gigiyenik qaydalara əməl edilməsi çox önəmlidir. Düzdür. son 10 gündə yoluxma sayında az da olsa, azalma müşahidə olunur. Ümid edirik ki, karantin rejiminin tətbiqi ilə vəziyyət yaxşılığa doğru dəyişəcək”.