“Heydər Əliyev İli” çərçivəsində Masallıda ağacəkmə aksiyası keçirilib

Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı rayonun Göyəçöl kəndinin ərazisində 200 ədəd Eldar şamı və dəmirağac əkilib. Aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib və suvarılıb.

Ağacəkmə aksiyasının keçirilməsinin məqsədi Azərbaycanda ətraf mühitin və meşə zolaqlarının qorunması və mühafizəsini hər zaman diqqətdə saxlayan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, onun yaşıllaşdırma ənənələrini, irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir. Dahi rəhbər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Qeyd edək ki, aksiyada rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri və partiya fəalları, hüquq-mühafizə orqanları, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları iştirak ediblər.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button