Heydər Əliyev və Azərbaycan Gəncliyi

Ağcabədi rayon Heydər Əliyev Mərkəzində 2 Fevral – Azərbaycan Gəncləri Günü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan Gəncliyi” mövzusunda tədbir keçirilib.

Polise.az xəbər verir ki, Ağcabədi rayon Heydər Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva, Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Vüsalə Məmmədova, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov çıxış edərək, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev gənclər siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Azərbaycan gənclərinin bir fərd, əsl vətəndaşı kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin danılmaz əməyi, misilsiz xidmətləri var.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button