Hulusi Akardan Azərbaycanın haqq savaşı ilə bağlı müham açıqlama – Bu hərəkat bir oyanışdır

“Azərbaycan Türkü qardaşlarımıza haqlı mübarizələrində dəstək verməyə davam edəcəyik, hər zaman onlarla birlikdə və bərabər olacağıq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə Nazirliyində keçirilən tədbirdə deyib.

“Hamımız gözü yaşlı azərbaycanlı qardaşlarımızın uğurlarını öz uğurlarımız kimi qəbul edib qeyd etdik. Bu da bizim qardaşlığımızın, tək millət olmağımızın açıq-aydın göstəricisidir. Üç rəngli bayrağınla məsud yaşa, Azərbaycan!”, – deyə nazir vurğulayıb.

“Əldə edilən nəticə bizi son dərəcə sevindirdi. Bu hərəkat bir oyanışdır”, deyən nazir H.Akar bildirib: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq bir uğur əldə etdiniz. Hərəkat 44 günə başa çatdı, amma bu hərəkatdan 44 il boyunca danışılacağından əmin olun. Azərbaycan Ordusu gücünü bütün dünyaya göstərdi”.

Hamısını Göstər

Related Articles

Back to top button