İcra hakimiyyətləri “demontaj olunur” – təfərrüat

Ekspertlər deyir ki, icra strukturunda sistemli dəyişikliyə zərurət var və bələdiyyələrin səlahiyyətləri bərpa edilməlidir

Hazırda Azərbaycanda yeddi rayonun icra başçısı vəzifəsi boşdur. Yəni  7 əyalət başçısız qalıb və icra hakimiyyətlərindəki müavinlər səviyyəsində idarə olunurlar. “Yeni Müsavat” yada salır ki, sonuncu dəfə avqustun 9-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla Həbib İbrahimov Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Hələlik onun yerinə də təyinat yoxdur. İcra başçısı olmayan rayonlardan biri Bakının Nizami rayonudur. Ölkə başçısının ötən ilin iyulun 11-də imzaladığı sərəncama əsasən, Arif Qasımov vəzifəsindən azad olunub.

Həmçinin 2020-ci il dekabrın 8-də Namiq Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, mayın 22-də Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı postundan, avqustun 20-də Ceyhun Cəfərov Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən, 2021-ci il aprelin 27-də Alimpaşa Adil oğlu Məmmədov Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad ediliblər.

Bundan başqa, aprelin 29-da Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı postundan azad olunaraq, Ağsuya başçı göndərilib. Amma Lerik İH başçısı vəzifəsi boşdur. İşdən çıxarılan icra başçılarından Namiq Zeynalov, Ceyhun Cəfərov və Alimpaşa Məmmədov həbs olunublar.

Azərbaycanda icra başçıları və onların fəaliyyəti haqda neqativ rəylər var. Hətta çoxdan belə gözlənti var ki, icra hakimiyyətləri ləğv edilib, əvəzində yeni bir idarəetmə forması yaradılsın. Əslində bununla bağlı ilkin işarələr var. Məsələn, Ağdam rayonunun icra başçısı da, Ağdam üzrə Prezidentin nümayəndəsi də var. Bu, Şuşa şəhəri üzrə də belədir. Düzdür, bu təcrübə işğaldan azad edilmiş ərazilərlə bağlıdır. Amma iddia olunur ki, bu, ilkin olaraq bir sınaq kimi təcrübədən keçirilir və sonra xüsusi nümayəndəliklər ola bilər. Çünki mərkəzi icra hakimiyyəti orqanlarında ciddi dəyişikliklər olacağını həbslər də təsdiqləyir. Bəs icra hakimiyyəti strukturlarının daha çevik və effektli idarəetmə ilə əvəzlənməsi nələri dəyişə bilər?

Asim Mollazadə: Dövlət başçısı İlham Əliyevin təşəbbüsü dünya miqyaslı  hadisə kimi qiymətləndirilir - "İki sahil"

 Asim Mollazadə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, yerli özünüidarəetmə sistemində ciddi islahatlara zərurət var. Onun özlərinə görə, bu proses vaxt aparacaq, amma bələdiyyələrin rolunun artırılması lazımdır: “Türkiyədəki bələdiyyələrin səlahiyyətlərinə baxanda oxşar sistem bizə də gətirilə bilər. Bölgənin sosial, təhsil və mədəniyyət məsələləri ilə məşğul ola bilər. Ona görə sistemli dəyişikliklər lazımdır”. Deputat hesab edir ki, cəmiyyətdə icra başçılarına neqativ münasibətin olması səbəbsiz deyil: “Çünki yerli icra başçıları özlərini orta əsrlərin xanları kimi aparıblar və bu da cəmiyyətdə çox ciddi narazılığa səbəb olub. Hətta onlar keçmiş ”raykom” katiblərinə bənzəyirlər. O baxımdan yerli idarəetmədə dəyişikliklər zəruridir”.

Arzuxan Əlizadə — Vikipediya

 Arzuxan Əlizadə 

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a qeyd etdi ki, yerli idarəetmə ilə bağlı hakimiyyətə təklifləri var. Onun sözlərinə görə, icra hakimiyyətləri bir struktur kimi ləğv olunmalıdır, çünki özlərini doğrulda bilməyiblər: “Bələdiyyələr var. Hazırda bələdiyyələr heç bir səlahiyyəti olmayan amorf təşkilatlara çevriliblər. Şəffaf seçki sistemi ilə bələdiyyələr formalaşdırıla və səlahiyyətləri artırıla bilər”.

AMİP sədri bildirdi ki, bir neçə icra başçısı eyni ittihamla həbs olunub, digərləri bundan nəticə çıxarmayıblar: “Üstəlik, onlar korrupsiyalaşıblar, əhali ilə icra başçıları arasında bir uçurum yaranıb. Ona görə Türkiyədə olduğu kimi bələdiyyələri fərqli şəkildə qurmaq, onların səlahiyyətlərini bərpa etmək lazımdır. Prezidentin yerlərdəki xüsusi nümayəndələri isə tapşırıqların icra olunmasına nəzarət funksiyasını yerinə yetirməlidirlər”.

Hamısını Göstər

Related Articles

Back to top button
Close