İddia: Putin parkinson səbəbiylə vəzifədən ayrılacaq
Rusiyada 20 il hakimiyyətdə olan Vladimir Putinin dövrünün bitmək üzrə olduğu iddia edildi.
Polise.az xəbər verir ki, şəxsi həyatını və ailə təfərrüatlarını gizli saxladığı ilə tanınan Rusiya Prezidenti Vladimir Putin haqqında təəccüblü bir iddia ortaya atıldı.
İngiltərə mətbuatı uzun illər Parkinson xəstəliyi ilə mübarizə apardığı iddia edilən 68 yaşlı Putinin vəzifəsindən ayrılmağa hazırlaşdığını yazdı. The Sun qəzetinin yazdığına görə, Putin vəzifəsindən 2021-ci ilin yanvarında ayrılacağını elan edəcək.
Putinin əvəzləyici şəxsi yaxın günlərdə açıqlayacağı iddia edilir.