İlham Əliyev Davosda Endrü Forest ilə görüşüb

Yanvarın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Fortesque Future Industries” şirkətinin sədri Endrü Forest ilə görüşü olub.

Polise.az xəbər verir ki, görüşdə Azərbaycanın Energetika Nazirliyi ilə “Fortesque Future Industries” şirkəti arasında ötən ay imzalanan memorandumda ölkəmizdə 12 min meqavat gücündə külək və günəş enerjisinin istehsalına dair layihənin icrasının nəzərdə tutulduğu bildirildi. Eyni zamanda, Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanmasının da önəmi vurğulandı. Azərbaycanda istehsal edilən yaşıl enerjinin bu layihə vasitəsilə gələcəkdə Avropa bazarına çatdırılmasının əhəmiyyəti qeyd olundu.

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button