İlyas İsmayılov vəfat edib

Ədalət Partiyasının sədri İlyas İsmayılov vəfat edib.

Mərhumun yaxınlarının “Report”a verdiyi məlumata görə, o, bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Xəstəxanadan isə bildirilib ki, İlyas İsmayılov multiorqan çatışmazlığı səbəbilə dünyasını dəyişib.

Qeyd edək ki, İlyas İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə baş prokuror, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İ.İsmayılov 2001-ci ildən etibarən Ədalət Partiyasına sədrlik edib.

Polisə Dəstək İctimai Birliyinin İdarə Heyəti və Polise.az xəbər  saytının kollektivi adından mərhumun yaxınlarına və doğmalarına dərin hüzünlə başsağlığı verir, Allah rəhmət elsin.Ruhu şad olsun.Amin

 

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button