İmişlidə narkotiklə tutulan şəxsin digər cinayət əməlinin üstü də açıldı

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan polise.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələri qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Fuad Qənbərov saxlanılıb.   

Onun üzərinə  keçirilən baxış zamanı sellofan bükümlərdə olan “patı” və “şüşə” adlanan psixotrop maddə metamfetamin və heroin aşkar edilərək götürülüb.

F.Qənbərovun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun sentyabr ayının 2-də tanışı Coşqun Əhmədovla birlikdə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən oğurluq etdiyi də müəyyən edilib.

Keçirilən tədbirlərlə C.Əhmədov şöbə əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat tədbiri nəticəsində qanunsuz olaraq narkotik maddə saxlamaqda şübhəli bilinən Orxan Mirzəyev də saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı isə narkotik maddə heroin aşkarlanıb.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.

Hamısını Göstər

Related Articles

Back to top button
Close