İnsan beyni kompüterə bağlanacaq: Yeni cihaz kəşf olundu

“Tesla” və “SpaceX”in qurucusu Elon Musk və “Neuralink” şirkəti tərəfindən hazırlanmış mikroçiplə beyinə nəzarəti təmin edən texnologiya təqdim olunub.

Bu texnologiya vasitəsi ilə yaddaş pozğunluğundan depressiyaya, görmə zəifliyinə qədər müxtəlif sinir problemləri və onurğa zədələnmələrininin aradan qaldırılacağı deyilir.

Çip musiqini birbaşa beyinə ötürmək və ya klaviaturaya toxunmadan düşüncə ilə yazmaq kimi məqsədlərə də xidmət göstərə bilər.

”Link” adlı çipin batareyası 1 gün davam edəcək, hər bir əlaqə üçün 1024 kanal (mövcud texnologiyalardan daha yüksək sürət) vəd edir. Cihazın 23 mm diametri və 8 mm qalınlığı var. Birbaşa kəllə sümüyünə inteqrasiya olunacaq, istilik, təzyiq, kütləvi istehsal kimi məlumatları istehlakçıya təqdim edəcək.

Cihaz lazer göz əməliyyatı qədər asanlıqla tətbiq olunur. İnfeksiya riski də yoxdur. Beyinə uzanan qalın kabellər yerinə nazik kabellər tətbiq edilir. Böyük dəbilqəyə, uzun kabellərə, nəhəng sensorlara ehtiyac görülmür.

Cihaz internetə qoşula bilən hər növ elektron aparatların beyin siqnalları ilə idarə edilməsinə də imkan verir.

Çip ABŞ Qida və Dərman İdarəsi tərəfindən “təməl cihaz” adını almasına baxmayaraq, hələlik insan üzərində sınaqları başlamayıb. İmplantın iş prinsipi çipin quraşdırıldığı donuzlar üzərində həyata keçirilib.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button