İran hakimiyyəti öz ordusunun hərbçilərini də həbs edir

İranda etiraz aksiyaları zamanı 115 hərbçi həbs edilib.

Bu barədə bir müddət öncə “Fars” xəbər agentliyinin internet saytını dağıdan “Black Reward” haker qrupu məlumat sızdırıb.

Məlumata görə, həbs olunanların hamısı nizami ordunun üzvləridir, SEPAH və onlara tabe olan qurumların üzvləri deyil.

Bu, İİKK qüvvələrinin etirazları yatırmaqla yanaşı, dövlət çevrilişi cəhdlərinin və yaxud da nizami ordu üzvlərinin fərariliklərinin qarşısını aldığını göstərə bilər.

Hamısını Göstər

Related Articles

Back to top button