İran nüvə obyektləri barədə məlumatları verməkdən imtina edib

İran parlamentinin spikeri Məhəmməd Qalibaf “Al-Hadath” telekanalına müsahibəsi zamanı bəyan edib ki, ölkəsi nüvə obyektlərindən məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (IAEA) təqdim etməyəcək.

TASS xəbər verir  ki, spiker təşkilatla İran arasındakı mövcud müqavilənin müddətinin bitdiyini və bundan sonra nüvə obyektlərinin müşahidə kameralarından qeydə alınan görüntülərin agentliyə verilməyəcəyini bildirib.

Qeyd edək ki, İran və IAEA arasında monitorinq barədə razılaşmanın müddəti iyunun 24-də başa çatıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close