İran rejimi qəsdən edam sayını artırdı

Dünya insan haqları təşkilatları İran rejiminin etirazçıları qorxutmaq üçün qəsdən ölüm hökmlərinin sayını artırdığını düşünürlər.

İnsan haqları təşkilatlarının məlumatına görə, 2022-ci ildə İranda 500-dən çox insan edam edilib. Bu, ötən illə müqayisədə təxminən 200 nəfər çoxdur (2021-ci ildə 333 nəfər edam edilib). Etirazlar başlayandan indiyədək isə artıq 11 vətəndaşa qarşı ölüm cəzası tətbiq edilib.

Hüquq müdafiəçilərinin fikrincə, bu tendensiya İran rejiminin ölüm hökmündən etirazçılara qarşı repressiya silahı kimi istifadə etdiyini göstərir.

“Bu insanlar İnqilab Məhkəməsinin qapalı qapıları arxasında qanuni proses və ədalətli mühakimə olmadan edama məhkum ediliblər, onların hökmlərinin heç bir hüquqi qüvvəsi yoxdur. Bu edamlar ictimaiyyətdə qorxu yaratmaq və ictimaiyyətin diqqətini İslam Respublikası kəşfiyyatının uğursuzluqlarından yayındırmaq məqsədi daşıyır”, – “Human Rights” təşkilatının İran bölməsinin rəhbəri Mahmud Əmiri-Müqəddam bildirib.

Xatırladaq ki, dekabrın 6-da İran məhkəməsi polisin müavinini öldürməkdə ittiham olunan 5 nümayişçi haqqında ölüm hökmü çıxarıb. Böyük Britaniyanın “Amnesty International” təşkilatı da nümayişlərdə iştirak etdiklərinə görə həbs edilən ən azı 28 nəfərin edam edilmə riski ilə bağlı məlumat açıqlayıb.

Hamısını Göstər

Related Articles

Back to top button