İran uranın 60 %-dək zənginləşdirilməsinə başlayır

İran uranın 60% səviyyəsinədək zənginləşdirilməsinə start verir.

Bu barədə IRNA ölkənin XİN rəhbərinin müavini Abbas Arakçıya istinadən məlumat yayıb.

Məlumata əsasən, prosesə aprelin 14-dən etibarən başlanılacaq.

İran tərəfi müvafiq qərarı barədə artıq Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə xəbərdarlıq məktubu göndərib.

Qərarın Nətənz nüvə obyektindəki terror aktından sonra qəbul edilməsi də diqqətdən qaçmayıb.

Hamısını Göstər

Related Articles

Back to top button
Close