İran Xəzər dənizində hərbi təlimlərə başlayıb

İranın hərbi dəniz qüvvələri bu gün səhər saatlarında Xəzər dənizində təlimlərə başlayıb.

Bu barədə “Fars” agentliyi məlumat yayıb.

Təlimlərə müxtəlif növ hərbi gəmilərin, çoxsaylı raket sistemlərinin, təyyarələrin, helikopterlərin və pilotsuz uçuş aparatlarının cəlb edildiyi qeyd olunur.

Bundan əlavə, təlimlərdə İranın hərbi dəniz qüvvələrinin xüsusi təyinatlı qruplarının hərəkətləri sınaqdan keçiriləcək.

Qeyd olunur ki, təlimdə iştirak edənlər qarşısında Xəzər dənizinin hərtərəfli təhlükəsizliyinin gücləndirilməsi tapşırığı qoyulub.

Hamısını Göstər

Related Articles

Back to top button
Close