İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

Mayın 22-də saat 22:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Bu barədə Polose.az-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 470 qram narkotik vasitə (9 kiloqram 955 qram marixuana, 515 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Polise.az

Hamısını Göstər

Related Articles

Bir cavab yazın

Back to top button