İRANIN VİTSE-PREZİDENTİ YENƏ HƏDDİNİ AŞDI… – Rezai sərsəm iddialarla çıxış edib.

İranın vitse-prezidenti Möhsün Rezai növbəti dəfə həddini aşaraq Azərbaycanın ünvanına sərsəm ittihamlar səsləndirib. O, yenə yalan danışaraq iddia edib ki, Xüzustan vilayətinin İzə şəhərində baş vermiş terror terror aksiyasını törədənlərdən 3-ü Azərbaycana keçmək istəyərkən həbs edilib və hazırda Əhvaz şəhərinə gətirilirlər.

Xatırladaq ki, noyabrın 16-da İzə şəhərində motosikletlərdə olan bir neçə nəfər (çox güman ki, Tehran rejiminin öz nökərləri- red.) bazarda insanlara və polis əməkdaşlarına avtomat silahla atəş açıb. Terror aktı nəticəsində biri uşaq və biri qadın olmaqla, 5 nəfər ölüb, 10 nəfər yaralanıb. Yaralılar arasında polislər də var.

Bu, İrandan Azərbayana ünvanlanan ilk belə cəfəng iddia, böhtan deyil. Qonşu ölkənin Kəşfiyyat və İnformasiya Nazirliyi də ötən ay Şahçerağ ziyarətində baş verən terror aksiyasının təşkilində Azərbaycanı günahkar çıxarmağa çalışan əsassız iddilar irəli sürmüçdü. Yayılan rəsmi məlumatda iddia edilidi ki, guya, həbs olunan 23 nəfərdən bir neçəsi Azərbaycan vətəndaşıdır…

Azərbaycan isə təbii ki, İranın bu cür cəfəng iddialarını rədd edir. Bunun son aylarda Azərbaycanda İranın casus şəbəkəsinin cökdürülməsinə cavab xarakterli primitiv addımar olduğu şübhə doğurmur.

Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidməti keçirdiyi iki əməliyyat zamanı İranın cəsus şəbəkələrini aşkarlayıb və ümumilikdə 24 nəfəri həbs edib. Saxlanılanlar İran xüsusi xidmət orqanlarının sifarişi ilə Azərbaycan ərazisində casusluq fəaliyyəti işlə məşğul olduqlarını, hərbi strateji obyektlərin, neft kəmərlərinin, xaricdən alınan modern silahların yerləşdiyi ünvanlar haqqında informasiya toplamağa çalışdıqlarını etiraf ediblər. Bu fəaliyyətlərdə İranln Bakıdakı səfirliyi casuslara logistik və s. dəstək göstərib.

Hamısını Göstər

Related Articles

Back to top button