İş adamı Nihad Əliyevin ölümü haqda videolar yayıldı..

İstanbulda ölən iş adamı Nihad Əliyevin faciəvi ölümü ilə bağlı bir-birini təkzib edən məlumatlar yayılmaqda davam edir. Dünən N.Əliyevin olduğu iddia edilən iki video paylaşılıb.

Bakupost.az Nihad Əliyevin fotosunu əldə edib. Foto ilə videonu müqayisə etdikdə o qənaətə gəlmək olur ki, yayılan görüntülərin heç birinin Nihad Əliyevə aidiyyəti yoxdur.

Məlumat üçün bildirək ki, mərhumun nəşi gecə saat 4 radələrində Azərbaycana gətirilib. Bu gün Naxçıvanda dəfn olunacaq.

Qeyd edək ki, ilkin məlumatlarda 25 mart tarixində yerli vaxtla saat 23:00-da İstanbuldakı lüks otellərdən birində 3 qızla əyləndikdən sonra azərbaycanlı iş adamı Nihad Əliyevin tapançadan başına atəş açaraq, intihara cəhd etdiyi yazılırdı. Lakin ötən gün Türkiyə mediası N.Əliyevin tapançanı boş sanaraq, əyləncə üçün gicgahına dayayıb tətiyi çəkdiyi, ətrafdakıların “Şeytan doldurar” sözlərinə əhəmiyyət vermədiyi, nəticədə isə faciə baş verdiyi haqda qızların istintaqa verdiyi ifadəni tirajlayıb.

Digər iddiaya görə isə N.Əliyev oteldən çıxarkən güllələnib.

Hamısını Göstər

Related Articles

Back to top button
Close