İşğalçı ordu Zaporojyeyə aramsız zərbələr endirir – İnfrastruktur və binalar dağılıb.

Noyabrın 19-na keçən gecə rus ordusu yenidən Zaporojyeyə hücum edib

Ukrayna mediası istinadla xəbər verir ki, işğalçı ordu qanadlı raketlərlər infrastruktur obyektlərinə və yaşayış binalarına zərbə endirib. Zaporojye vilayətinin başçısı Aleksandr Starux və Zaporojye şəhər şurasının katibi Anatoli Kurtev yerli mətbuata bildiriblər ki, dağıntılar altında insanlar qalıb.

Kurtevin sözlərinə görə, infrastruktur obyektlərinə beş raket zərbəsi endirilib, bundan sonra müəssisədə yanğın başlayıb. 

“Həmin vaxt orada işçilər var idi – onlar dağıntılar altında ola bilərdilər. Raket zərbələrindən sonra şəhər rayonlarının yarısı istilikdən məhrum edilib. Nəzərə alın ki, hazırda gecələr Zaporojyedə temperatur 1°C-ə enir” – deyə, o qeyd edib.

Kurtev daha sonra əlavə edib ki, mərmilər yaşayış binalarını dağıdıb, hazırda dəyən zərərin miqyası araşdırılır.

Zaporojyedəki gecə hücumlarından sonra səhər tezdən yenidən həyəcan siqnalı verilib. Bundan əvvəl endirilən zərbələr nəticəsində ikisi yeniyetmə olmaqla 9 nəfər həlak olub.

Hamısını Göstər

Related Articles

Back to top button