İşlədiyi fermadan oğurluq etməkdə şübhəli bilinən çoban saxlanılıb

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən
məlumata görə, Samux Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayon sakini
ona məxsus 28 baş xırda buynuzlu heyvanın naməlum şəraitdə oğurlandığını
bildirib.
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum
olunmuş Şükür Hüseynov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs fermerin
iş rejimindən narazı oldğu üçün 28 baş xırda buynuzlu heyvanı oğurlayaraq
Goranboy rayonuna aparması və satmasını etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.

Hamısını Göstər

Related Articles

Sizin Üçün Seçilmiş
Close
Back to top button